Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO backend

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.

Diaspora