ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün bəzi güzəştlərə getməli olacağını deyib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bəli, o bunu edəcək. O, məcbur olacaq” – Tramp Putinin bəzi məsələlərdə təslim olub-olmayacağı ilə bağlı suala cavabında deyib.
Eyni zamanda, Amerika lideri qeyd edib ki, o, Ukrayna ilə bağlı sazişin bağlanmasına zəmanət verməyə hazır deyil, lakin sonda onun imzalanmasının mümkün olacağına inanır. O, həmçinin Rusiya prezidentini ağıllı siyasətçi adlandırıb.
QAZİLER.AZ