Prezident İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib backend

Prezident İlham Əliyev Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi, “Senate Consulting Ltd” şirkətinin təsisçisi, “Discover Azerbaijan: Baku 2015 edition” kitabının layihə direktoru Lord Devid Evansdan, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbidən, Böyük Britaniya parlamentinin üzvləri, Leyboristlər Partiyasının nümayəndələri Rocer Dankan Qodsiffdən, Stefn Ceyms Makkabedən, xanım Patrisia Skotlanddan və “Senate Consulting Ltd” şirkətinin icraçı direktoru xanım Karolin Minşeldən ibarət Böyük Britaniya nümayəndə heyətini qəbul edib.

QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev əməkdaşlığımızın kifayət qədər geniş istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə etdiyini vurğulayaraq Böyük Britaniya və Azərbaycan arasında parlamentlərarası əlaqələrin də böyük əhəmiyyət daşıdığını deyib.

Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Riçard Rizbi ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Qonaq prezident İlham Əliyevin beynəlxalq məsələlərə dair fikirlərinin onlar üçün hər zaman böyük maraq doğurduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Diaspora