Türkiyə Ukraynanın NATO-ya üzv olmaq istəyinə etiraz etmir - Hakan Fidan

Türkiyə Ukraynanın NATO-ya üzv olmaq istəyinə etiraz etmir - Hakan Fidan backend

Türkiyə hakimiyyəti Ukraynanın NATO-ya daxil olmasına etiraz etmir, lakin bu məsələyə praqmatik yanaşmağa çağırır.

Qaziler.az xəbər verir ki, bunu “Bloomberg TV”yə müsahibəsində Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib.

“Biz Ukraynanın Alyansa üzv olmaq istəməsinə etiraz etmirik, lakin realist olmalıyıq”, - deyə nazir bildirib.

Fidan qeyd edib ki, Türkiyə rəhbərliyi rəsmi olaraq Ukraynanın NATO-ya üzv olmasının tərəfdarıdır.

Qeyd edək ki, fevralın 24-də Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv ola bilməyəcəyi təqdirdə öz hərbi ittifaqını yaradacağını bildirib.

QAZİLER.AZ

Diaspora