“Müsəlmanlar Rusiya cəmiyyətinin birliyinə böyük töhfə verib və onun təbii hissəsidir”.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Ali müfti, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tadjuddin ilə görüşündə deyib.
"Mən şəxsən sizə və bütün İslam nümayəndələrinə sizin və digər ruhani liderlərin Rusiya Federasiyası xalqlarının dinlərarası birliyi və harmoniyasına verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm", - Rusiya lideri bildirib.
O, qeyd edib ki, Rusiya Federasiyası müxtəlif çətinliklərlə üzləşdikdə öz rəngarəngliyinə görə güclənir, müsəlmanlar isə ölkənin təbii hissəsidir.
QAZİLER.AZ