Türkiyə MİT Trotski ilə bağlı məxfi sənədləri yaydı - Erməni agentin ifşası - FOTO

Türkiyə MİT Trotski ilə bağlı məxfi sənədləri yaydı - Erməni agentin ifşası - FOTO backend

Sovet siyasətçisi Lev Davidoviç Trotski Rusiyadan zorla çıxarıldıqdan sonra üz tutduğu Türkiyədə SSRİ kəşfiyyatı tərəfindən izlənilib.

Bu barədə Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, bolşevik siyasətçi Leon Trotskinin 1929-1933-cü illər arasında İstanbulun Büyükadasında sürgündə yaşayarkən sovet kəşfiyyatı tərəfindən izlənib.

MİT-in rəsmi internet saytındakı "Xüsusi Kolleksiya" bölməsində dərc olunan hesabatdan məlum olur ki, Trotskinin izlənməsi barədə Türkiyə Milli Təhlükəsizlik Xidməti məlumatlı olub. Xidmətin İstanbul bölməsinin rəisi Əziz Hüdainin imzası ilə bu barədə rəhbərliyə məruzə edilib.

16 yanvar 1932-ci il tarixli hesabatda aşağıdakı ifadələr yer alırdı:

"Erməni tərcüməçimiz... bizə qarşı mövqeyini yaxşılaşdırmaq üçün işə başlayıb. O, Serkisin agenti kimi fəaliyyət göstərən və sənədlərimizdə adı GPU agenti kimi keçən Davranovla əlaqə saxlayıb. Davranov ilk vəzifəsi olaraq bu təklifi irəli sürüb: "Biz Trotskini yaxından izləmək istəyirik. Onun yanına kimlər gəlir, hara gedir və kiminlə görüşür, evdə ən çox hansı işlərlə məşğul olur, kimlə yazışır?" - deyə sənəddə qeyd olunur.

Dovranov MİT-in agentinə bildirib ki, əgər maşın tapmaqda çətinlik çəksəniz, Trotski adada olarkən onun yanında olan polis Salih Əfəndi ilə görüşün və ona xəbər verin: "Başqalarına məlumat verən bu usta, yəqin ki, sizə də kömək edəcək. Görəcəyiniz işin dəyərinə uyğun olaraq sizə avtomobil və ödəniş veriləcək. Həm də bu günlərdə İngiltərədən Trotski ilə görüşə bir adam gələcək. Onun kimliyini və niyə gəldiyini öyrənin".

Yayılan sənədlərdə Trotskini izləyənlərin sovet kəşfiyyatına ötürdüyü digər məlumatlar da əksini tapıb.

Qeyd edək ki, sovet Rusiyasından çıxarılıb Türkiyəyə göndərilərkən Trotskinin 50 yaşı vardı. Türkiyə hökuməti onun təhlükəsizliyini qorumağa çalışıb.

Trotski 1931-ci ilə qədər İstanbulda yaşayır. O, həmin Türkiyəni tərk edir. Trotski 1940-cı ilin avqustunda Meksikada öldürülüb. Qətl SSRİ NKVD-nin İspaniyadan olan agenti Ramon Merkader tərəfindən törədilib.

 

 

 

 

 

Diaspora