Altay Rüstəmli: Azərbaycan diasporu yeni mərhələyə qədəm qoyub

Altay Rüstəmli: Azərbaycan diasporu yeni mərhələyə qədəm qoyub backend

Son illər Azərbaycan diasporu formalaşma prosesini artıq başa çatdıraraq yeni mərhələyə qədəm qoyub. Sıralarında Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarını birləşdirən Almaniya Azərbaycanlıları Alyansı (AAA) da bu sahədə məsuliyyəti öz üzərinə götürərək, bu ölkədəki icma və cəmiyyətlərimizin fəaliyyətini dəstəkləyir.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin yeni sədri Altay Rüstəmli təşkilatın hesabat-seçki toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib.

Almaniyadakı diasporumuzun və AAA-nın fəal üzvlərindən olan Altay Rüstəmli təşkilatın sədri vəzifəsində göstərilən etimada görə minnətdarlığını ifadə edərək deyib: “İdarə Heyətinin yeni tərkibi olaraq bu etimadı doğrultmaq üçün var gücümüzlə çalışacağıq. Azərbaycan dövlətinin yeni dövr üçün əsas hədəfləri və strategiyası diaspor üzvləri kimi hamımıza məlumdur. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin uğurla həyata keçirilməsinə töhfə vermək üçün Almaniya Azərbaycanlıları Alyansı olaraq fəaliyyətimizi daha da intensivləşdirəcəyik”.

Diaspora