Birləşmiş Ştatlar Rusiyaya təzyiq etmək üçün yeni yollar axtarır, lakin Ukraynaya dəstəyindən tamamilə imtina etmək fikrində deyil.
Qaziler.az xəbər verir ki, bunu “News.ru”ya açıqlamasında Dövlət Dumasının deputatı Anatoli Vasserman deyib.
O hesab edir ki, ABŞ prezidenti Donald Trampın Volodimir Zelenski və Ukrayna ilə bağlı sərt bəyanatları Rusiya Silahlı Qüvvələrinin döyüş meydanındakı uğurları ilə bağlıdır. Hadisələrin bu cür inkişafı o deməkdir ki, respublikada mövcud hakimiyyətin qorunub saxlanması ehtimalı azdır. Deputat eyni zamanda qeyd edib ki, Rusiyaya təzyiq etməsi üçün Qərbin Ukraynaya ehtiyacı var.
Vasserman bəyan edib ki, Vaşinqton Çinə təzyiq etmək niyyətindədir, lakin Rusiya Çini hərbi müdafiə ilə təmin edir. ABŞ də buna nail ola bilmir. Buna görə də Rusiyaya yeni təsir rıçaqları axtarılır, deyə parlamentari qeyd edib. O hesab edir ki, Avropa bu yükü öz üzərinə götürərsə, Birləşmiş Ştatlar Ukraynaya dəstəyi tamamilə dayandıracaq.
QAZİLER.AZ