Dünən Ər-Riyadda aparılan danışıqlar hazırda Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmaya doğru irəlilədiyini nümayiş etdirir.
Qazileri.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya Dövlət Dumasında hökumət saatı zamanı deyib. Onun sözlərinə görə, bunu bütün istiqamətlərdə müşahidə etmək olar.
“O ki qaldı təhlükəsizlik, strateji sabitlik üzrə danışıqlara, ümid edirik ki, bunun üçün şərait yaradılacaq. Hələlik, dünənki danışıqların nəticəsi kimi, bütün istiqamətlərdə münasibətlərin normallaşması istiqamətində hərəkət başlayır. Ən azı bu hərəkata başlamaq, təkcə Ukrayna böhranını həll etməyə hazır olmaq deyil”, - Larov qeyd edib.
QAZİLER.AZ