Aİ Rusiyaya qarşı sanksiyalar siyasətindən əl çəkməyəcək

Aİ Rusiyaya qarşı sanksiyalar siyasətindən  əl çəkməyəcək backend

“ABŞ məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlsə belə, Avropa İttifaqı anti-Rusiya sanksiyaları siyasətindən əl çəkmək niyyətində deyil”.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının İqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Brüsseldə jurnalistlərə bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı 16-cı məhdudiyyətlər paketini tətbiq etmək niyyətindədir.

“ABŞ-nin yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ təhlükəsizliyi ilə bağlı məsələləri öz əlinə almalıdır və bu, sanksiyalar siyasətinə də aiddir. Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir”, - deyən Dombrovskis Brüsselin bu istiqamətdə öz müstəqil siyasətini həyata keçirəcəyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora