Çin Ukraynada sülhün açarı ola bilər

Çin Ukraynada sülhün açarı ola bilər backend

Çin münaqişənin həllində vasitəçi kimi çıxış edə bilər.

Qaziler.az xəbər verir ki, bunu Ukrayna prezident aparatının rəhbərinin müavini İqor Brusilo “Bloomberg” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bunun üçün Çin rəhbərliyi müvafiq hazırlıq nümayiş etdirməlidir.

“Çin bu vəziyyətin arxasında əsas güc ola bilər və Çin rəhbərliyi əgər istəsə, yaxşı vasitəçi də ola bilər. Onlar bu məsələdə necə iştirak edə biləcəklərini araşdıra bilərlər”, - deyə Brusilo açıqlamasında vurğulayıb.

QAZİLER.AZ

Diaspora