ABŞ-də azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunacaq

ABŞ-də azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunacaq backend

ABŞ-nin Nyu-York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunacaq.

Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səyyar konsulluq xidməti 22 fevral tarixində baş tutacaq.

Qəbul çərçivəsində Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.

ABŞ-də səyyar konsulluq xidməti Azərbaycan səfirliyi tərəfindən ölkənin müxtəlif şəhər və ştatlarında mütəmadi təşkil olunur.

Report.az

Diaspora