Ermənistan Zəngəzur dəhlizinə razılıq verdi

Ermənistan Zəngəzur dəhlizinə razılıq verdi backend

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşıb.

QAZİLER AZ  Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

İddialara görə, Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr "maneəsiz keçid" anlayışını gündəmə gətiriblər və insanları tədricən buna hazırlayırlar.

Qəzetdə qeyd edilir ki, maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq.

Bu, Ermənistanın bəzi rəsmi şəxsləri tərəfindən də dəstəklənir. Misal üçün, Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, Bakıya maneəsiz yol verilməsinə hazırdırlar.

"Status məsələsinə gəlincə, hansı yol olur olsun, Azərbaycan bunu "dəhliz" adlandıracaq", - deyə nəşrdə qeyd edilib. /Globalinfo.az

 

 

Diaspora