Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan – Ermənistan sülh müqaviləsini müzakirə edib

Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan – Ermənistan sülh müqaviləsini müzakirə edib backend

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

QAZİLER.AZ  "Report"-a istinadən xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yazıb.

Baş nazir qeyd edib ki, görüş çərçivəsində Ermənistan – ATƏT tərəfdaşlığı və regional təhlükəsizlik müzakirə olunub.

Həmçinin Ermənistan – Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.

ATƏT Baş katibi regionda sülh və sabitliyə sadiqliyini təsdiqləyib.

 

 

Diaspora