Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Bayramov ATƏT-in baş katibi ilə görüşdü backend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Firidun Sinirlioğlu ilə görüşüb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə nazir X hesabında yazıb.

"F.Sinirlioğlunu bu məsul vəzifəyə təyin olunması münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırdıq. Biz münaqişədən sonrakı regional vəziyyət fonunda Azərbaycanın ATƏT-in roluna necə baxdığını və keçmiş münaqişənin qalıqları olan Minsk prosesi ilə bağlı strukturların dağıdılmasının vacibliyini qeyd etdik", - C.Bayramov bildirib.

Vurğulanıb ki, nazir ATƏT Baş katibinə Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Həmçinin Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərdə ərazi iddialarının davam etməsindən, eləcə də sürətli hərbi güclənmədən narahatlıq ifadə olunub.

Diaspora