Trampın ilk olaraq Putinlə danışması "pis əlamət" adlandırıldı

Trampın ilk olaraq Putinlə danışması "pis əlamət" adlandırıldı backend

Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Aleksandr Merejko ABŞ prezidenti Donald Trampın ilk olaraq ukraynalı həmkarı Volodimir Zelenski ilə deyil, Rusiya prezidenti Vladimir Putinlə danışmasını pis əlamət adlandırıb.

Qaziler.az xəbər verir ki, onun sözlərini “ABC News” sitat gətirib.

"Onun Zelenski ilə deyil, ilk növbədə Putinlə danışması pis əlamətdir", - Merejko deyib.

Onun sözlərinə görə, “belə bir telefon zəngi özlüyündə Putin üçün bir mükafatdır”.

Bununla belə, Merejko hesab edib ki, Trampın yanaşması Ukraynanın danışıqlardan tamamilə kənarlaşdırılması demək deyil.

Qeyd edək ki, fevralın 12-də Putinlə Tramp arasında saat yarım davam edən telefon danışığı olub.

QAZİLER.AZ

Diaspora