Peskov: "Putin və Trampın danışığı son dərəcə əhəmiyyətlidir"

Peskov: "Putin və Trampın danışığı son dərəcə əhəmiyyətlidir" backend

Kremlin sözçüsü Dmitri Peskov brifinqdə Rusiya prezidenti Vladimir Putinlə Ağ Evin rəhbəri Donald Tramp arasında söhbətin son dərəcə əhəmiyyətli olduğunu bildirib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir. O, vurğulayıb ki, son illər Moskva ilə Vaşinqton arasında yüksək səviyyədə dialoq olmayıb.

“Bu çox vacib danışıq idi. Bilirsiniz ki, baş verənləri nəzərə alsaq, bir neçə ildir ki, Moskva ilə Vaşinqton arasında yüksək səviyyəli təmaslar olmayıb. Təbii ki, təmasların olmaması Ukrayna böhranının həlli üçün hər hansı variantın axtarışına da kömək etməyib”, - Peskov deyib.

Qeyd edək ki, fevralın 12-də Rusiya lideri ilə ABŞ prezidenti arasında saat yarım davam edən telefon danışığı olub.

QAZİLER.AZ

Diaspora