Zelenski Ukraynada seçkilərin nə vaxt keçiriləcəyindən DANIŞDI

Zelenski Ukraynada seçkilərin nə vaxt keçiriləcəyindən  DANIŞDI backend

Ukraynada hərbi vəziyyət yəqin ki, münaqişənin qaynar mərhələsi başa çatdıqdan sonra ləğv ediləcək və bundan sonra seçkilər keçiriləcək.

Qaziler.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın “The Economist” jurnalına müsahibəsində deyib.

“Mənim hakimiyyətlə bağlı heç bir xəstəliyim yoxdur”, - deyə səlahiyyət müddəti keçən ilin mayında başa çatan Zelenski bildirib.

Seçkilərdən danışan Ukrayna lideri ikinci müddətə namizədliyini irəli sürməyə hazır olub-olmaması ilə bağlı suala birbaşa cavab verməyib. Zelenski əlavə edib ki, seçki prosesini keçirmək üçün hərbi vəziyyət ləğv edilməlidir, lakin o, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılığına getmək istəmir.

QAZİLER.AZ

Diaspora