“Development Pathways” təşkilatının saytında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi paylaşılıb

“Development Pathways” təşkilatının saytında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi paylaşılıb backend

Böyük Britaniyada yerləşən “Development Pathways” təşkilatının saytında son illər Azərbaycanda sosial sahədə həyata keçirilən rəqəmsal transformasiya prosesinin uğurları barədə məqalə dərc edilib. https://www.developmentpathways.co.uk/blog/digitalisation-in-social-protection-lessons-from-azerbaijan/

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən Qaziler.az-a bildirilib.

Məqalədə Azərbaycanın sosial sahə üzrə uğurlu elektronlaşma təcrübəsi vurğulanaraq, bu təcrübədən digər ölkələr üçün faydalı ola biləcək rəqəmsal xidmətlərə dair nümunələr təqdim edilir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə xidmətlərin rəqəmsallaşdırılması sahəsində əldə olunan nailiyyətlər diqqətə çatdırılır.

Ölkədə əmək,  məşğulluq, sosial müdafiə sahələrində tətbiq edilən e-texnologiyaların səmərəliliyi, vətəndaşlara çevik, əlçatan və şəffaf xidmətlərin göstərilməsində mühüm üstünlükləri qeyd olunur.

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əhəmiyyəti, sosial sahədə daxili və qurumlararası rəqəmsal inteqrasiya prosesi barədə ətraflı məlumat verilir. Bu rəqəmsal sistemin 80-dən çox qurumun informasiya resursları ilə inteqrasiya şəraitində fasiləsiz məlumat mübadiləsinə və xidmətlərin çevik və effektiv təşkilinə imkan verdiyi qeyd olunur.

“Development Pathways” qlobal miqyasda sosial-iqtisadi inkişafı təşviq etmək məqsədilə sosial müdafiə, sosial inkişaf və əlaqəli sahələrlə bağlı qabaqcıl təcrübələrə istinad olunmaqla mütəxəssis məsləhətləri təqdim edən və tədqiqatlar aparan təşkilatdır.

Diaspora