Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq

Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq backend

Ukrayna Azərbaycan Energetika Nazirliyi və Xarici İşlər Nazirliyinə humanitar yardıma görə təşəkkürünü bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.

"Biz çox minnətdarıq və Azərbaycanın enerji sistemimizin bərpasında dəstəyini heç vaxt unutmayacağıq", - Y.Qusev vurğulayıb.

Səfir həmçinin Azərbaycana Ukraynanın İrpen şəhərinin bərpasında iştirakına görə minnətdarlığını ifadə edib:

"Biz İrpen şəhərinin, xüsusilə xəstəxana və məktəbin bərpasında Azərbaycan tərəfindən güclü dəstək alırıq. Hazırda azərbaycanlı tərəfdaşlarımız və dostlarımızla yeni layihə üzərində işləyirik. Bu, uşaqlar üçün məktəb olacaq, buraya uşaqlar üçün idman məktəbi və İrpenin digər sosial infrastrukturları daxil olacaq".

Y.Qusev İrpenin Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhər olduğunu xatırladıb: "Biz ölkələrimiz arasında dərin regional əlaqələrə ümid edirik".

Diaspora