Valuyevin Azərbaycanın ona tətbiq etdiyi qadağaya REAKSİYASI: “Təəccübləndim”

Valuyevin Azərbaycanın ona tətbiq etdiyi qadağaya REAKSİYASI:  “Təəccübləndim” backend

Dövlət Dumasının deputatı, boks üzrə keçmiş dünya çempionu Nikolay Valuyev Bakıda “Rus Evi”nin bağlanmasını tənqid etdikdən sonra Azərbaycan hakimiyyətinin onun ölkəyə girişinə qadağa qoyulması qərarından təəccübləndiyini bildirib.

Qaziler.az xəbər verir ki, “Gazeta.ru”ya açıqlamasında deputat bildirib ki, o, persona non-qrata siyahısına daxil edilməsinə etiraz etməyəcək.

"Təəccübləndim! Telegram kanalıma baxın, özünüz nəticə çıxarın. Əgər bu belə bir qərarın səbəbi ola bilərsə, bəlkə də emosiyalar... Mən bu məsələ ilə bağlı qətiyyən əsəbi deyildim. Başa düşə bilmirəm ki, emosiyalar diplomatiyanı necə üstələyir? Əsl səbəblər mənə aydın deyil. Mübahisə? Nə mənası var? Mən o yerlərə getməyə o qədər də həvəsli deyildim, ona görə də, necə deyərlər, mübahisə etməyə dəyərmi? Bəli, mən təəccübləndim", - o deyib.

Deputat əlavə edib ki, ölkəyə giriş qadağasının təsdiqlənməsi üçün Azərbaycan hakimiyyətinə sorğu göndərməyi planlaşdırır.

QAZİLER.AZ

Diaspora