“ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində gərginliyi azaltmaq üçün vacib olan məsələlər və addımlar ətrafında hərtərəfli müzakirə aparacaqlar”.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü ilə bağlı danışan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib. O bildirib ki, ABŞ hər iki ölkə prezidentinin ilin sonuna kimi görüşmək barədə qərarından məmnundur: “Bu, hər iki tərəfdən atılmış müsbət addımdır. Biz ümid edirik ki, prezidentlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin yeni təkliflərinə açıq olacaq və onları müzakirəsinə hazırlıq nümayiş etirəcəklər”.ABŞ səfiri: “Ümid edirik ki, prezidentlər həmsədrlərin yeni təkliflərinə açıq olacaqlar“

