“Rusiya Suriya hakimiyyəti ilə Tartus limanındakı bazasının taleyi ilə bağlı dialoqu davam etdirmək niyyətindədir”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib. Kremlin sözçüsü əlavə edib ki, Moskva Dəməşqlə bir çox başqa məsələləri də müzakirə edir.
“Nümayəndə heyətimiz bu yaxınlarda Dəməşqdə danışıqlar aparıb. Bütün məsələlər üzrə təmasların davam etdirilməsi razılaşdırılıb. Müzakirə ediləcək çoxlu məsələlər var. Biz bütün mövzularda, o cümlədən bu mövzuda (Rusiyanın Tartusdakı bazasının taleyi haqqında) dialoqu davam etdirəcəyik”, - Peskov bildirib.
QAZİLER.AZ