Kiyev AB ölkələrinin enerji təhlükəsizliyini təhdid edərsə, Macarıstan Ukraynanın quruma üzv olmasına icazə verməyəcək.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balaj Orban deyib.
“Brüssel Budapeştin tələbləri ilə razılaşdı və ona enerji təhlükəsizliyinə zəmanət verdi, Kiyevlə bu məsələ ilə bağlı danışıqlara başlayacağını vəd etdi. Biz bu zəmanətləri almışıq və onlar sadəcə kağız üzərində deyilsə, o zaman Macarıstanla əməkdaşlıq mümkün olacaq. Əks halda, Macarıstan daha sərt və daha ciddi əks tədbirləri nəzərdən keçirməli olacaq”, - Orban bildirib