Bələdiyyələrin ana müxalifəti onlar oldu  

Bələdiyyələrin ana müxalifəti onlar oldu   backend

Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Ədalət, Hüquq və Demokratiya partiyasından qalib gələn namizədlərin sayı açıqlanıb.

QAZİLER.AZ  Musavat.com-a isrinadən xəbər verir ki, partiyanın 18 dairə üzrə 18 iddiaçısı qalib gəlib. Bununla da hakim Yeni Azərbaycan Partiyasından sonra seçkilərdə ən çox namizədi qalib gələn partiya ƏHD olub. Bu isə o deməkdir ki, bələdiyyələrdə ana müxalifət onlar olacaq.

Bütün bunlar barədə Musavat.com-a ƏHD sədrinin təşkilatı məsələlər üzrə müavini Niyaməddin Orduxanlı məlumat verib.

Məlumat üçün bildirək ki, 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində YAP-dan sonra ən çox namizədi qalib gələn partiya Ana Vətən Partiyası olmuşdu.

Diaspora