Niyə Türkiyə Rusiyanın Suriyadan çıxmasını istəmir? - Politoloq Tarasovun İZAHI

Niyə Türkiyə Rusiyanın Suriyadan çıxmasını istəmir? - Politoloq Tarasovun İZAHI backend

Politoloq Stanislav Tarasov hesab edir ki, Türkiyə Rusiyanın Suriyadakı mövcudluğundan faydalanır, çünki o, ABŞ-ni kürd məsələsində saxlayır.

Qaziler.az xəbər verir ki, “NEWS.ru” ilə söhbətində ekspert vurğulayıb ki, kürd məsələsi yalnız Qərb və İsrailin ssenarisi ilə həll olunarsa, Suriyanın parçalanması baş verəcək. Onun sözlərinə görə, bu, Türkiyənin milli təhlükəsizliyi üçün real təhlükədir.

“Rusiya ABŞ-nin kürd probleminin gündəmə gəlməsində fəallığına məhdudlaşdırıcı təsir göstərə bilər. Kürd məsələsi isə Qərbin və İsrailin ssenarisi ilə həll olunarsa, bu, Suriyanın parçalanmasıdır, həm də Türkiyənin milli təhlükəsizliyinə təhdiddir. Çünki separatçı hərəkatların aktivləşməsi prosesi Türkiyədə də başlaya bilər”, -Tarasov izah edib.

Politoloq aydınlıq gətirib ki, ərəblər Türkiyəni Suriyadan çıxarmağa çalışırlar. Ekspertin qeyd edib ki, bəzi türk siyastçiləri Rusiyanın Suriyanı tərk etməsini istərdilər. Amma onun fikrincə, türk elitasının başqa bir hissəsi əks mövqedədir.

“Ərəblər Türkiyəni Suriyadan çıxarmağa çalışırlar. Bir tərəfdən Rusiya bu əraziləri tərk etməyə çağırılsa da, Türkiyə siyasi elitasının başqa bir hissəsi hesab edir ki, Rusiya orada olmalıdır, çünki onun Suriyadakı mövcudluğu müstəmləkə xarakteri daşımır”, - politoloq əlavə edib.

QAZİLER.AZ

Diaspora