Sanksiyalar səbəbilə yaranan enerji böhranı enerji ilə zəngin olan Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.
O qeyd edib ki, Türkiyə region və ətrafı üçün sülh, rifaq, sabitlik yaradır.
Nazir Suriyadakı dəyişikliklərdən də söz açaraq vurğulayıb ki, Suriyadakı dəyişikliklər bölgə üçün yeni fürsət pəncərəsi yaradıb:
“Suriyanın dirçəlməsinə dəstək verməliyik. Onun inkişafı ilə regional sabitlik və təhlükəsizlik təmin olunacaq, həmçinin logistika, ticarət, enerji kimi sahələrdə yeni imkanlar yaranacaq”.