Ukraynadakı münaqişəyə ya asan, ya da çətin yolla son qoymaq olar.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. Belə ki, o, birinci variantı daha üstün adlandırıb.
Biz bunu asan və ya çətin yolla edə bilərik, asan yol isə həmişə daha yaxşıdır. Saziş bağlamağın vaxtıdır. Daha bir can belə itirilməməlidir”, - Tramp yazıb.
Tramp bir daha təkrar edib ki, o vaxt prezident olsaydı, Ukrayna münaqişəsi baş verməyəcəkdi.
QAZİLER.AZ