Azərbaycanın Ukrayna ilə əlaqələri var, ona görə də ölkələrin prezidentləri ünsiyyətdə olur.
Qaziler.az bildirir ki, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov bildirib. Senator Lenta.ru ilə söhbətində Ukrayna və Azərbaycan liderləri Vladimir Zelenski ilə İlham Əliyevin görüşünə belə münasibət bildirib.
“Əliyev suveren Azərbaycan dövlətinə rəhbərlik edir. Azərbaycanın Ukrayna ilə əlaqələri var. Bu mənada ünsiyyət qurmaq düzgündür. Zelenskiyə zəng edən və ya görüşən tək o deyil. Bir çox başqa insanlar bunu edir. Onların buna haqqı var. Bunun nəticəsində nə baş verir, bu hələlik sual altındadır", - Klimov şərh edib.
QAZİLER.AZ