İran və Azərbaycan Sərhəd Qoşunları komandanları arasında bir neçə sənəd imzalanıb

İran və Azərbaycan Sərhəd Qoşunları komandanları arasında bir neçə sənəd imzalanıb backend

Bu gün Tehranda İran və Azərbaycan Sərhəd Qoşunları komandanlarının 8-ci iclası keçirilib.

İRNA agentliyinin verdiyi xəbərə görə, iclasda İran və Azərbaycan arasında bir neçə yeni anlaşma sənədi imzalanıb. Sənədləri Sərhəd Qoşunları komandanları - general-mayor Qasım Rezayi və general-polkovnik Elçin Quliyev imzalayıblar. Sənədlərin konkret hansı məsələləri əhatə etdiyi açıqlanmır.

İran Sərhəd Qoşunları komandanı Qasım Rezayi bildirib ki, iki ölkənin sərhəd xidmətləri rəhbərlərinin qarşılıqlı səfərləri mədəni və münaqişəsiz münasibətlərin dayaqlarını daha da gücləndirir.

Q. Rezayi görüş zamanı qaçaqmalçılıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldığını da əlavə edib: “Düşmənlərin regionda xaos yaratmaq istəkləri və bizim bu təxribatların qarşısını almaq niyyətimiz Azərbaycanla ortaq şəkildə görüşlər təşkil etməyimizə səbəb olub. İranın Azərbaycanla 650 kilometrə yaxın sərhədi var. Bu uzun sərhəd xətti nəzərə alınaraq komandanlar arasında mütəmadi müzakirələr aparılır.
Diaspora