Yeni prezident Donald Trampın rəhbərliyi altında ABŞ İran hökuməti ilə razılığa gələ bilər.
Qaziler.az xəbər verir ki, bu haqda “İran” qəzeti yazıb.
Nəşr eyni zamanda qeyd edib ki, Vaşinqton Tehrana təzyiq edəcək, həmçinin Rusiya və Çini onunla əməkdaşlıq etməməyə çağıracaq. Bu cür hərəkətlər nəticəsində İran güzəştə getməyə və ABŞ-nin şərtlərini qəbul etməyə məcbur ola bilər.
“İran hökuməti elə hərəkət etməlidir ki, Tramp administrasiyasının xarici siyasət bloku İranla danışıqlar prosesini güzəşt deyil, həyati zərurət kimi qiymətləndirsin”, - məlumatda deyilib.
QAZİLER.AZ