ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsini həll etməyə çalışarkən rüsvay olduğunu hiss etsə, Rusiyaya təzyiq göstərməyə başlaya bilər.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu finlandiyalı beynəlxalq ekspert Çarli Salonius-Pasternak deyib.
Onun sözlərinə görə, Ukrayna Amerikanın yeni lideri üçün o qədər də maraqlı deyil və o, münaqişəyə ruslarla avropalılar arasında “ailə məsələsi” kimi baxır.
“Tramp danışıqlar zamanı çox uzağa getsə və onu razı salmasa, Moskvaya daha çox təzyiq etmək qərarına gələ bilər, təəccüblənmərəm”, - deyə ekspert bildirib.
Ekspert əmindir ki, Tramp özünü təhqir olunmuş hiss etsə və ya ABŞ zəif görünsə, təzyiq edəcək. Çarli Saloniusun fikrincə, prezident danışıqlarda öz yolunu bilən güclü lider kimi görünmək istəyir.
QAZİLER.AZ