AB Zelenskinin bu qərarından 70 milyard itirəcək - Qaşpar

AB Zelenskinin bu qərarından 70 milyard itirəcək - Qaşpar backend

Avropa Vladimir Zelenskinin Rusiyadan qaz tranzitini dayandırmasından 70 milyard avro itirə bilər.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar deyib.

“Zelenskinin bu addımlarını son dərəcə mənfi qarşılayırıq. O, başa düşmür ki, Rusiyadan Slovakiyaya qaz tranzitinin dayandırılması həm respublika, həm də bütün Avropa üçün ciddi problemlər yarada bilər”, - Qaşpar bildirib.

Qeyd edək ki, 1 yanvar 2025-ci ildən Ukrayna öz ərazisindən keçən tranzit qazın nəqlini dayandırıb.

Diaspora