Məncə, Cənubi Qafqaz Tramp administrasiyasının prioritetlər siyahısında ən aşağı yerlərə keçəcək, çox güman ki, diqqət ABŞ-Meksika sərhədi, Çin, Yaxın Şərqə yönələcək.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden deyib.
“Tramp administrasiyası dövründə əsas prioritetlər enerji təhlükəsizliyi olacaq: neft və qaz! Bu o deməkdir ki, Azərbaycan diqqət mərkəzində olacaq, Deməli, sizin regionda bu iki məsələ, enerji təhlükəsizliyi və İsrail (İsrail isə Azərbaycanla müttəfiqdir) ABŞ-ın xarici siyasətinə hakim olacaq”, - o bildirib.