Nazir: TDT beynəlxalq aləmdə qəbul olunma baxımından fərqli bir gücə çevrilib

Nazir: TDT beynəlxalq aləmdə qəbul olunma baxımından fərqli bir gücə çevrilib backend

TDT Katibliyinin potensialının və üzv dövlətlərdən olan diplomatların sayının artırılması nəzərdə tutulur.

QAZÍLER.AZ  "Report”-a istinaden xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Ötən il Naxçıvan sazişinin imzalanmasının 15-ci ili qeyd olundu. Gəlinən nəticə odur ki, bu gün TDT beynəlxalq camiədə qəbul olunma baxımından fərqli bir gücə çevrilib. Planlar sırasında artıq Katibliyin potensialının və dövlətlərdən olan diplomatların sayının artırılması nəzərdə tutulur.

Eyni zamanda Katiblik yanında daimi nümayəndəlik institutunun formalaşdırılması da planlaşdırılır.”,- o əlavə edib.

“Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Xüsusilə Türk Dövlətləri Təşkilatının bu əməkdaşlıqda böyük rolu var. Təşkilatın ötən il iyulun 6-da keçirilən zirvəsində Qarabağ bəyannaməsinin Şuşada imzalanması çox böyük əhəmiyyətə malikdir”, - C.Bayramov qeyd edib.

 

 

Diaspora