Noyabrın 11-də Rusiyanın paytaxtı Moskvada MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin üçüncü görüşü keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.
“Noyabrın 11-də Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin üçüncü görüşü keçiriləcək. Görüşdə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına dair məsələlərin müzakirə ediləcəyi planlaşdırılır”, deyə məlumatda qeyd olunub.