Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
QAZÍLER.AZ APA-ya istinaden xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.