Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın Ukraynaya vəd etdiyi müdafiə yardımını birbaşa təhlükə adlandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Diplomatik nümayəndəlik qeyd edib ki, Böyük Britaniya bundan sonra da ukraynalılardan Rusiya Federasiyasına qarşı geosiyasi alət kimi istifadə etməyi gözləyir.
“Biz uzaqmənzilli silahların hazırlanmasında, hərbi infrastrukturun, o cümlədən bazaların, hərbi texnika və silahların saxlanma anbarlarının, habelə “müharibə zamanı ehtiyatların” yaradılmasında vəd edilmiş yardımı qonşu Ukrayna ərazisindən Rusiya Federasiyasına birbaşa təhdid kimi qiymətləndiririk”, - səfirlik vurğulayıb.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmer iki ölkə arasında yüzillik tərəfdaşlığa dair saziş imzalayıblar. Sənədin məqsədlərindən biri Kiyev və London arasında müdafiə sektorunda əməkdaşlığı inkişaf etdirməkdir.
Böyük Britaniya və Ukrayna arasında yüzillik tərəfdaşlıq haqqında sazişə əsasən, London respublika ərazisində hərbi bazaların yerləşdirilməsi imkanlarını da nəzərdən keçirəcək.
QAZİLER.AZ