Rusiya və İran bir-birlərinə qarşı sanksiyalar tətbiq etməyəcəklər

Rusiya və İran bir-birlərinə qarşı sanksiyalar tətbiq etməyəcəklər backend

Rusiya və İran bir-birinə qarşı sanksiyaların tətbiq olunmayacağına zəmanət veriblər.

Qaziler.az TASS xəbər verir ki, müvafiq müddəa iki ölkə arasında Hərtərəfli Tərəfdaşlıq haqqında müqavilədə öz əksini tapıb.

Moskva və Tehran tərəflərdən birinə birbaşa və ya dolayısı ilə yönəlmiş birtərəfli məcburetmə tədbirlərindən çəkinməyə söz verib.

Həmçinin qeyd edilib ki, Rusiya və İran ekstraterritorial xarakterli tədbirlər də daxil olmaqla birtərəfli məcburi tədbirlərin tətbiqinə qarşıdır. Sənəddə deyilir ki, tərəflər onların tətbiqini “beynəlxalq qeyri-qanuni və dostluğa zidd hərəkət” hesab edirlər.

Qeyd edək ki, yanvarın 17-də Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanıb. 

QAZİLER.AZ

Diaspora