Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana işgüzar səfər edəcək.
Apa-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xarici işlər naziri Fidan həmkarı Ceyhun Bayramovla yaxın regiona və qlobal məsələlərə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynadakı proseslərə dair fikir mübadiləsi aparacağı gözlənilir.
Səfər çərçivəsində xarici işlər naziri Fidan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul olunacaq.