Kreml İsrail və HƏMAS hərəkatı arasında girovların azad edilməsi, Qəzza zolağında atəşkəs haqqında yanvarın 19-dan əldə olunacaq razılaşmanı alqışlayır.
Qaziler.az TASS-a istinadla bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında deyib.
Belə ki, o, tərəfləri təbrik etməyi tez hesab edib və prosesin yekunlaşmasını gözləməyə çağırıb.
“Atəşkəsə və İsrailə təhlükəsizlik vəd edən, Qəzzada xalqın iztirablarına son qoyulmasına gətirib çıxaran istənilən nizamlanma yalnız alqışlana bilər”, - Peskov deyib.
Qeyd edək ki, yanvarın 15-də Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani HƏMAS və İsrailin Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəldiklərini bəyan edib. Onun sözlərinə görə, sazişin icrasına yanvarın 19-da başlanacaq.
QAZİLER.AZ