“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlardan qorxmur, çünki onu naməlum fiqur hesab etmir”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov deyib. “NEWS.ru” ilə söhbətində parlamentari vurğulayıb ki, son prezidentlik dövründə Trampın Putinlə ünsiyyət təcrübəsi olub.
“Tramp özünü güclü danışıqçı hesab edir. Bundan başqa, o, Vladimir Putini hansısa yeni, naməlum fiqur hesab etmir. Onun əvvəlki prezidentlik dövründə Putinlə şəxsi ünsiyyət təcrübəsi olub, müxtəlif forumlar çərçivəsində çoxlu müxtəlif danışıqlar aparıb, ikitərəfli görüşlər keçirib, Finlandiyada görüşü olub”, - Novikov deyib.
Deputat qeyd edib ki, Tramp Putini dialoq qurmağın çətin olacağı şəxs hesab etmir. Parlamentarinin sözlərinə görə, Moskva ilə Vaşinqton arasında konstruktiv əməkdaşlığı təhlükə kimi görənlər ABŞ-nin yeni seçilmiş prezidentini və onun komandasını qorxutmağa çalışırlar.
QAZİLER.AZ