“Rusiyanın Yaxın Şərqdən çıxmasından danışmaq olmaz".
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransı zamanı deyib.
“Biz Yaxın Şərqi tərk etmirik”, - Lavrov deyib.
Lavrov çıxışı zamanı bəyan edib ki, Moskva və Tehranın imzalayacağı hərtərəfli tərəfdaşlıq sazişi heç bir başqa ölkəyə qarşı yönəlməyib. Onun sözlərinə görə, saziş Rusiya və İranın imkanlarını gücləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, sosial məsələləri həll etmək və müdafiə qabiliyyətini təmin etmək məqsədi daşıyır.
Qeyd edilib ki, yanvarın 17-də Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar baş tutacaq. Gözlənilir ki, iki ölkə liderləri Rusiya və İran arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini, o cümlədən ticarət-sərmayə, nəqliyyat-logistika və humanitar sahələrdə, eləcə də regional və beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə edəcəklər.
QAZİLER.AZ