Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Fələstinin HƏMAS qruplaşmasının siyasi bürosunun nümayəndələri ilə telefon danışığı apararaq atəşkəs danışıqlarını müzakirə edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
“Müzakirə zamanı danışıqlarda əldə olunan irəliləyiş və hazırkı vəziyyət müzakirə olunub”, - mənbə bildirib.
O əlavə edib ki, tərəflər “atəşkəs əldə etmək üçün səyləri yeniləmək” barədə razılığa gəliblər.
QAZİLER.AZ