Fitso Moskva görüşündə Putinin ona verdiyi vədindən danışdı

Fitso Moskva görüşündə Putinin ona verdiyi vədindən danışdı backend

Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Kreml lideri Putin ölkəsinə qaz nəqlini davam etdirəcəyinə söz verib.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Parlament komitəsinin iclası zamanı siyasətçi deyib ki, bu vəd onların Moskvadakı görüşü zamanı verilib. Onun sözlərinə görə, “Qazprom” müqavilə əsasında Slovakiyaya qaz tədarükünün alternativ yollarını tapacaq:

"Mən Putinlə "Qazprom"la aramızda olan müqavilə haqqında danışdım. Bu müqavilədə deyilir ki, onlar bizi hansısa yolla qazla təmin etməlidirlər. Biz "Cənub axını" ilə nəsə qazana bilərik, lakin hələlik anbarlarımız doludur, Slovakiyanın istehlakı təmin olunub. Prezident öhdəliklərini yerinə yetirəcəklərinə zəmanət verdi”, - Fitso deyib.

Xatırladaq ki, bu ilin əvvəlində Ukrayna öz ərazisindən Rusiya qazının Avropaya nəqlini dayandırıb.

QAZİLER.AZ

Diaspora