Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün təklifləri məlum olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Erməni hökumət başçısının regionda uzunmüddətli sabitlik və sülhün qurulması üçün 10 addımdan ibarət siyahısını təqdim edirik:
- Qarşılıqlı olaraq eskalasiya yaradan nitqdən imtina;
- Sərhədlərin delimitasiyası prosesini davam etdirmək;
- Artıq 90% hazır olan sülh müqaviləsinin imzalanması;
- Atəşkəs rejiminin pozulmasının birgə araşdırılması mexanizminin tətbiqi;
- İtkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün əməkdaşlıq etmək;
- Qarşılıqlı iddialardan, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina etmək;
- Sülh müqaviləsinin bəndlərinin tam və səmərəli yerinə yetirilməsi istiqamətində işləmək;
- Silahlanma üzərində nəzarət mexanizmini yaratmaq;
- Sülh təsdiqləndikdən sonra birgə peşəkar ekspert komissiyası yaradaraq hər iki ölkədən yurdlarını tərk etmiş şəxslərlə bağlı məsələləri müzakirə etmək;
- ATƏT-in Minsk qrupunu buraxmaq.