Rusiya Arktikaya özünün strateji milli maraqlarının zonası kimi baxır və diqqətini regionda sülh və sabitliyə yönəldir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın Kanada və Qrenlandiya ilə bağlı iddialarına cavabında verib.
O, ABŞ-nin Kanada və Qrenlandiyaya iddialarını belə şərh edib:
“Arktika zonası bizim milli maraqlarımızın, strateji maraqlarımızın zonasıdır. Biz Arktika zonasındayıq və orada olmağa davam edəcəyik. Sülh və sabitlik mühitinin saxlanmasında maraqlıyıq və dünyanın bütün ölkələri ilə qarşılıqlı fəaliyyətə hazırıq”, - Peskov deyib.
QAZİLER.AZ