ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalı üzərində nəzarəti bərpa etmək imkanını açıqlamasından sonra Kreml Panama kanalı ətrafında müzakirələri diqqətlə izləyir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
O vurğulayıb ki, Moskva bunu ABŞ və Panama arasında ikitərəfli münasibətlər məsələsi hesab edir.
Biz Panama hökumətinin və Panama nümayəndələrinin yeni seçilmiş prezidentin mövqeyi ilə bağlı çaşqınlıq ifadə edən bəyanatlarını eşitmişik. Lakin bu, onların ikitərəfli münasibətləri arasındakı məsələdir, - Peskov bildirib.
QAZİLER.AZ