"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanı de-fakto ələ keçirməyi planlaşdırıb".
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov “Telegram” kanalında bildirib. O qeyd edib ki, bu, iki ölkənin iqtisadi birləşməsi üçün lazımdır və sözügedən məqsəd Qrenlandiyada olduğu kimi, kifayət qədər realdır.
"Bu, ABŞ və Kanadanın iqtisadi cəhətdən daha sıx birləşməsini təmin etmək üçündür. Amerika korporasiyaları Kanadada maneəsiz fəaliyyət göstərə bilsinlər deyədir. Kanadanın elektrik enerjisi ABŞ iqtisadiyyatına daha asan daxil olsun. Həmçinin, Kanada ABŞ-nin razılığı olmadan Çin və Avropa ilə əməkdaşlıq etməsin”, - deyə politoloq izah edib.
Markov hesab edir ki, Tramp müttəfiqlərinin Kanadada hakimiyyətə gəlməsini istərdi. Politoloqun fikrincə, bu məqsədlər kifayət qədər ağlabatandır və onlara nail olmaq olar. Kanada və ABŞ-nin birləşməsini siyasi cəhətdən həyata keçirmək çətindir, çünki onların sosial modelləri çox fərqlidir.
Markov şərhində Amerika bazarının sərtliyini də xatırladıb. Belə ki, Kanadada bazar Avropanın şimal tipli sosializmini təmsil edir, - deyə politoloq qeyd edib.
QAZİLER.AZ