Lukaşenko Ukraynanı müharibəyə kimin sürüklədiyini DEDİ

Lukaşenko Ukraynanı müharibəyə kimin sürüklədiyini DEDİ backend

Ukraynanı hərbi münaqişəyə aparan Maydan deyil, oliqarxiya idi.

Qaziler.az xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərini “Belta” agentliyi sitat gətirib.

“Hər şey ədalətsizlikdən, nəhəng bir klanın - Ukraynanı boğan oliqarxiyanın meydana çıxması ilə başladı. Və yavaş-yavaş bu oliqarxiya ölkəni müharibəyə sürüklədi”, - Belarus prezidenti deyib.

Lukaşenko Zelenskinin “kasıb adam olmadığını” vurğulayıb.

“Cibində külli miqdarda pulu olanlar, onu qazanmayanlardır və onları bərk-bərk sıxırlar. Onda sən artıq dövlət haqqında düşünmürsən”, - Lukaşenko deyib.

Onun sözlərinə görə, Ukraynada bütün prezidentlər ilk növbədə pul haqqında düşünüblər: "Ona görə də hər şey ədalətsizlikdən başlayıb", - Belarus lideri yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora